Xəbər lenti

Sənət 15:00 05.12.2025

"Mortal Kombat" və "Meymunlar Planeti" filmlərinin ulduzu öldü

"Мortal Kombat”, "Planet of the Apes” və "Kiçik Tokioda böyük atışma” filmlərindəki rolları ilə tanınan yapon əsilli amerikalı aktyor Keri-Xiroyuki Taqava vəfat edib. O, 75 yaşında idi.

Qaynarinfo "Independent”ə istinadla xəbər verir ki, aktyor dünən — 4 dekabrda Santa-Barbarada ailəsinin yanında dünyasını dəyişib. Menecerinin sözlərinə görə, ölüm səbəbi insultdan sonra yaranan ağırlaşmalar olub.

Keri-Xiroyuki Taqava Yaponiyada anadan olub. Aktyor karyerasına 1986-cı ildə "Big Trouble in Little China” filmində kütləvi səhnədə iştirak etməklə başlayıb. Uzun müddət əsasən mənfi personajların epizodik rollarını canlandırıb.

Təxminən 40 illik karyerası ərzində kino və seriallarda 150-dən çox rolu olub. 2015-ci ilin noyabrında Taqava Urban Action Showcase & Expo festivalında döyüş və ekşn janrına göstərdiyi əhəmiyyətli töhfəyə görə xüsusi mükafat alıb.

Onu da xatırladaq ki, aktyor Moskvada pravoslav xaç suyuna çəkilmiş və Rusiya vətəndaşlığı almışdı.

Alpər
--> -->