Xəbər lenti

Tramp Ukraynadakı müharibə barədə yeni bəyanat verdi
Dünya 10:47 05.12.2025

Tramp Ukraynadakı müharibə barədə yeni bəyanat verdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəhayət sona çatdırılacaq. 

Qaynarinfo xəbər verir ki, o, bunu Ağ Ev yaxınlığında yerləşən Yeni il yolkasında işıqların yandırılması mərasimində deyib.

Tramp vurğulayıb ki, Ukraynadakı müharibə səbəbindən on minlərlə əsgər həlak olur və bunu dayandırmaq lazımdır. Onun sözlərinə görə, ABŞ bu məsələ üzərində işləyir.

"Bunu dayandırmaq lazımdır. Biz bunun üzərində çox ciddi şəkildə işləyirik”, deyə o bildirib.

Tramp həmçinin bəyan edib ki, o, bütün dünyada sülh yaradır, müharibələri əvvəllər heç kimin görmədiyi səviyyələrdə tənzimləyir — belə səviyyələr səkkizə qədər ola bilər.

"Biz Rusiya və Ukrayna arasında mümkün olarsa, daha bir nizamlanma variantı axtarırıq. Və mən hesab edirəm ki, sonda buna nail olacağıq”, deyə Ağ Evin rəhbəri əminliyini ifadə edib.

Xatıaladaq ki, yaxınlarda ABŞ Ukraynadakı müharibənin başa çatdırılması üçün "sülh planı” təqdim etmişdi. O, 28 bənddən ibarət idi. Ukrayna tərəfi ilə danışıqlardan sonra plan bir qədər qısaldılıb.

Bu planı ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner bir neçə gün əvvəl Vladimir Putinə təqdim ediblər. Görüşün nəticələri açıqlanmayıb, lakin KİV-də heç bir irəliləyişin əldə olunmadığı barədə məlumatlar yayılıb.

Bu gün səhər ABŞ-da amerikalı və ukraynalı nümayəndə heyətlərinin görüşü başa çatıb. Görüşdə Uitkoff və Kuşnerin Putinlə danışıqlarının nəticələri müzakirə edilib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->