İtaliya polisi Romada fəaliyyət göstərən "Kasamonika” kriminal təşkilatının və Kalabriyada yerləşən "Ndranqeta” mafiyasının 30 milyon avro dəyərində aktivlərini müsadirə edib.
Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə İtaliyanın "poliziadistato.it” nəşri məlumat yayıb.
Romada, Kalabriya və Ardea şəhərlərində müsadirə edilən aktivlər sırasında 10 mülk, 21 şirkət və ticarət müəssisəsi, 25 inzibati bina və lüks avtomobillər də var.
Şərhlər