“İslami camaat” terror qruplaşmasının aktiv üzvü, Tatarıstan vətəndaşı İlnur Axmetşin həbs olunub.
APA-nın məlumatına görə, o 2000-ci illərin ortalarında çeçen səhra komandirlərinin tapşırığı ilə Povoljyedə neft kəmərlərini partladıb və 8 il başqa familiya altında gizlənib. İlnur Axmetşin Dərbənddə Yaraq-Qazmalar keçid məntəqəsində Mahaçqala-Bakı beynəlxalq avtobusuna baxış zamanı həbs olunub. Sərhədçi xarici pasporta şəklin kustar üsulla yapışdırıldığına diqqət çəkib. Yoxlama zamanı təcrübəli diversantın saxta sənədlərlə Azərbaycana keçmək niyyətində olduğu müəyyənləşib.
Qaynar.info
Şərhlər