İdman 20:12 18.01.2022

Mahir Emreli Türkiyə klubunun hədəfində: “Legiya”ya rəsmi təklif göndərildi (FOTO)

Azərbaycan millisinin və Polşanın "Legiya” klubunun futbolçusu Mahir Emreli Türkiyənin "Sivaspor” klubunun maraq dairəsindədir.

Bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün məlumat verib.

Onun sözlərinə görə, artıq Varşava təmsilçisinə 25 yaşlı hücumçu ilə bağlı rəsmi təklif də göndərilib.

Qeyd edək ki, hazırda Polşa komandasi ilə Emreli arasında hüquqi mübahisə yaranıb. Belə ki, forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
 

 

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?