Xəbər lenti

Mahir Emrelidən antirekord
İdman 10:30 06.09.2020

Mahir Emrelidən antirekord

Ötən gün keçirilən Azərbaycan - Lüksemburq oyununda milli futbolçu Mahir Emreli millimizin tarixində antirekorda imza atıb.

Qyanarinfo xəbər verir ki, "Qarabağ"ın 23 yaşlı hücumçusu yığmanın tarixində ən erkən qırmızı vərəqənin müəllifi olub.

O, Millətlər Liqasının I turunun Lüksemburqla ev oyununun 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub.

Buna kimi isə antirekord 27-ci dəqiqədə qırmızı vərəqə almış Aslan Kərimov və Saşa Yunisoğluna məxsusu idi. Kərimov 2007-ci ildə Portuqaliya ilə oyunda, Yunisoğlu isə 2011-ci ildə Avstriya ilə matçda meydandan kənarlaşdırılıblar. Mahir onların antirekordu 1 dəqiqə yeniləyib.
 
Qeyd edək ki. Lüksemburqla oyun 2:1 hesabı ilə Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb. 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->