Makron qeyri-leqal immiqranta vətəndaşlıq verir: körpəni xilas etdiyinə görə (VİDEO)
Fransada ötən həftə 4 mərtəbəli binanın balkonunda yıxılmaq təhlükəsi ilə üzləşən uşaq gənc tərəfindən xilas edilmişdi.
Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, 22 yaşlı Mamudo Qassama adlı gənc videonun sosial şəbəkədə geniş yayılmasından sonra "Parisin hörümçək adamı" ləqəbini qazanıb. Bu gün prezident Emmanuel Makron Fransada qeyri-leqal yaşayan Qassama ilə görüşüb. Makron bildirib ki, gəncə Fransa vətəndaşlığı veriləcək və yanğınsöndürmə xidmətinə cəlb edilə bilər.
Anti-faşist fəaliyyəti ilə bilinən "SOS Racisme" təşkilatı hadisəyə münasibət bildirib: "Mamodu Qassama bizə qeyri-leqal immiqrantların da insan olduğunu, böyük cəsarətə sahib ola biləcəyini sübut etdi. Onlar bunu Avropaya təhlükəli səyahətlərində, həmçinin Avropada sübut etməyə davam edirlər".
Qeyd edək ki, ötən şənbə 4 yaşlı uşaq balkondan asılı qalaraq yıxılmaq təhlükəsi ilə üzləşmiş, Qassama həyatını təhlükəyə ataraq azyaşlını xilas etmişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər