Fransa prezidenti Emmanuel Makron TV vasitəsilə xalqa müraciət edib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə rəhbəri Fransada fövqəladə sosial və iqtisadi vəziyyət elan edərək bir sıra iqtisadi islahatlar vəd verib. Belə ki, 2019-cu ildən etibarən Fransada minimum əmək haqqı 100 avro qalxacaq. Daha əvvəl yanacaq vergisinə tətbiq edilən qiymət artımı ləğv edilmişdi. Makron problemlərin 40 il əvvələ dayandığını və baş verənlərdə müəyyən dərəcədə məsuliyyət daşıdığını etiraf edib.
Görüləcək tədbirlərin ümumi qiyməti 8-10 milyard avroya bərabər olacaq.
Qeyd edək ki, Fransada 17 noyabrdan bəri yanacaq vergisinin artırılmasına qarşı başlayan "sarı jiletlilər" aksiyası davam edir. Əhali daha sonra iqtisadi vəziyyətə etiraz edərək islahatlar, həmçinin Makronun istefasını tələb etməyə başlayıb.
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər