"Mançester Siti" Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qonağı olduğu Madrid "Real"ı ilə oyundan əvvəl futbolçuların qida zəhərlənməsinə məruz qalmalarından qorxub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola oyundan əvvəl açıqlamasında deyib. O, oyundan əvvəl Kevin De Brüynenin qida zəhərlənməsinə məruz qaldığını bildirib. Qvardiola, "De Bruyne qusur, özünü pis hiss edir. Onun oynayıb-oynamayacağını bilmirəm. O oyuna hazır idi, amma soyunub-geyinmə otağına çatanda qusmağa başladı. Özünü pis hiss edir" - deyib. Mançesterlilər De Brüynenin Madriddə zəhərlənən yeganə oyunçu olmadığından narahatlıq keçirsə də hər şey yaxşı qurtarıb. Xoşbəxtlikdən digər oyunçulara heç nə olmayıb.
"Mnaçester Siti" və "Real" arasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Madriddə baş tutan görüş 3:3 hesabı ilə nəticələnib. Bu komandalar arasında cavab görüşü aprelin 17-də baş tutacaq.
Səbuhi Həsənov
Şərhlər