Video 22:56 11.08.2019

"Mançester Yunayted"dən "Çelsi"yə 4 cavabsız qol (VİDEO)

İngiltərə Premyer Liqasının yeni mövsümdə I turunun növbəti oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, matçlardan biri "Old Trafford" stadionunda "Mançester Yunayted" və "Çelsi" arasında baş tutub.

Mövsümün ilk böyük oyununda Frank Lempardın rəhbərliyi altında birinci rəsmi oyununa çıxan "Çelsi" darmadağınla üzləşib. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda Markus Raşford dubl edib, Antoni MarsyalCeyms hərəyə bir qol vurub.