İdman 14:20 01.12.2021

"Mançester Yunayted"in baş məşqçi postu üçün məşhur ad

Ardıcıl uğursuz nəticələrdən sonra Ole Qunnar Sulşerlə yolları ayıran "Mançester Yunayted" müvəqqəti olaraq Ralf Ranqniki baş məşqçi postuna təyin etdiklərini açıqlamışdı.

Qaynarinfo xəbər verir ki, mövsüm bitdikdən sonra yenidən baş məşqçi axtarışlarına başlayacaq "Qırmızı şeytanlar"ın gündəminə yeni və məşhur ad gəlib. Bu haqda "The Telegraph" qəzeti məlumat yayıb. Nəşr paylaşdığı xüsusi xəbərdə Premyer Liqa nəhənginin siyahısına Roberto Mançininin də daxil etdiyini açıqlayıb. 

Hazırda İtaliya yığmasını çalışdıran və bu komanda ilə Avro-2020-nin qalibi olan dünya şöhrətli çalışdırıcı daha əvvəl İngiltərədə "Mançester Siti”yə də rəhbərlik edib.

Səbuhi Həsənov