Mərkəzi ofisi Hollandiyada yerləşən "Mars One" təşkilatı 2023-cü ildə Marsda qurmağı planlaşdırdıqları koloniyada yaşamaq istəyən könüllü şəxslər axtarır.
Qaynar.info-nun məlumatına görə, gəlir məqsədi güdməyən təşkilat yaydığı bəyanatda elanın bir həftədən də az bir vaxt içində verilməsinə baxmayaraq, artıq 100 ölkədən 20 mindən artıq insanın müraciət etdiyi bildirilib.
Marsda yaşamaq istəyənlərin əksəriyyəti 19-24 yaşlı gənclərdir.
Təşkilat rəsmiləri təkcə Çindən 600 nəfərin bu layihəyə qatılmaq üçün müraciət etdiklərini söyləyiblər.
Bura qatılmaq isə olduqca asandır. Əvvəlcə üzvlük üçün pul ödəyən şəxslər, daha sonra özlərini tanıtmaq üçün hazırladıqları 1 dəqiqəlik videoları təşkilatın internet səhifəsinə yükləyirlər.
Marsa gedəcək 24 namizədin seçiləcəyi 2 illik proses realiti şou olaraq televiziyada yayımlanacaq. İstəyənlər gələcəyin marslıları üçün səs də verə biləcəklər.
Seçilməyi bacaran şəxslər 4 nəfərlik qruplara ayrılaraq, Marsdakı həyat tərzinə öyrəşmələri üçün 8 illik təlim keçəcəklər.
Qaynar.info
Şərhlər