Sağlamlıq 22:20 20.02.2021

Martdan koronavirusun 3-cü dalğası başlaya bilər

Koronavirusun 3-cü dalğasının gələcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Bu haqda artıq Türkiyə mediasında həkimlər həyəcan təbili çalır. Bəs virusun 3-cü dalğasının yaşanması nə qədər realdır? Azərbaycanda bu baş verə bilərmi?

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Azadinfo.az-a açıqlamasında koronovirus infeksiyasının yenidən artma ehtimalı olduğunu bildirib:

"Məktəblərin və universitetlərin açılması ictimai nəqliyyatda sıxlığın yaranmasına səbəb olub. Beləliklə də sosial məsafəni qorumaq mümkün olmur.

Biz pandemiya dövründə yaşayırıq və aramızda xəstələr, virus gəzdirənlər var. Hər an yeni virus yayıla, virusa yoluxanların sayı arta bilər”.