Azərbaycanda bu ilin may ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,3% artım qeydə alınıb.
Qaynarinfo Dövlət Statitika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobilləri yanvarda 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında qiymət sabit qalıb. Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1% artıb.
Rəsmi statistikaya əsasən, mayda 1 minik avtomobili üçün orta qiymət 34.371 manat, velosiped üçün isə 163 manat təşkil edib.
Şərhlər