İdman 15:25 27.01.2022

Matça gedən futbolçunun üzərində silah tapıldı, həbs olundu

İtaliyanın "Sassuolo" klubunun "Penyarol"da icarə əsasında oynayan futbolçusu Nikolas Şiappakassenin başına iş gəlib.

Qaynarinfo xəbər verir ki, futbolçu yoldaşlıq görüşünə gedərkən həbs olunub. "El Observador”un yaydığı məlumata görə buna səbəb onun üzərində silah tapılması olub. 23 yaşlı oyunçu yoldaşlıq görüşünə oynamağa deyil, izləmək üçün gedirmiş. Bu vaxt polis nəzarətinə düşən futbolçunun üzərində silah tapıldı. Üstəlik silahı gizlətməyə çalışan Şiappakassenin avtomobilində 8 güllə də ələ keçirilib. Digər tərəfdən səfərə tək getməyən futbolçunun yanında olan oyunçulardan birinin narkotik vasitə alverçisi olduğu öyrənilib.

İstintaq zamanı fubolçu silahı stadionda azarkeşlərdən birinə vermək üçün apardığını etiraf edib. Futbolçunu 6 ilə qədər həbs gözlədiyi bildirilib.

Karyerasına Uruqvayda başlayan Şiappakase 2016-cı ilin yayında 17 yaşında 1,5 milyon avro müqabilində Madrid "Atletiko"suna transfer olunub.  Madrid klubundan isə "Parma" və "Famalikao"ya icarəyə verilib.

2020-ci ilin yayında "Atletiko"dan ayrılan futbolçu A Seriyası təmsilçisi "Sassuolo"ya olunub və ötən ilin avqustunda "Penyarol"a icarəyə verilib.
 
Səbuhi Həsənov