"Mayın 17-dən sonra orta ümümtəhsil məktəblərində tədrisin bərpası o demək deyil ki, həmin məktəblər bağlana bilməz. Yenə də hansısa məktəbdə, yaxud ərazidə şagird və müəllimlər arasında yoluxma müşahidə olunarsa, həmin məktəblər yenidən qapanmaya gedəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu müddət ərzində pandemiya qaydalarına əməl edilməlidir:
"Tədrisin orta ümumtəhsil məktəblərində bərpası gözlənilən idi. Hətta biz proqnozlaşdırırdıq ki, bu, daha erkən başlayacaq. Proqnozlara görə, aprelin 26-dan etibarən tədrisin bərpası mümkün idi. Artıq koronavirusun üçüncü dalğası başa çatmaq üzrədir. Digər tərəfdən artıq nəzərə alsaq ki, vaksinasiya prosesinə orta ümümtəhsil məktəblərində çalışan müəllimlərin və texniki işçilərin böyük faizi qoşulub. Artıq ölkədə pandemiya qaydalarına uyğun olaraq davranış hər kəs tərəfindən mənimsənilir. Mayın 17-dən sonra yalnız orta ümumtəhsil məktəblərində tədris bərpa edilir. Bu zaman tədris aprelin 5-də dayandığı yerdən davam edəcək”.
Kamran Əsədov qeyd edib ki, bu dəfə tədrisin bərpasının əsas məqsədi ikinci yarım il və illik üzrə qiymətləndirmənin həyata keçirilməsidir:
"Cəmi 21 gün məktəbə gedəcəklər. Bu da daha çox yarım il və illik üzrə qiymətləndirməyə imkan verəcək. Aprelin 5-nə kimi ölkədə hansı tədris vəziyyəti vardısa, o da davam edəcək”.
Bahar Rüstəmli
Şərhlər