Əlyazma mütəxəssisi, qrafoloq Treysi Trussell mərhum amerikalı müğənni Maykl Ceksonun ölümündən bir az əvvəl şəxsi gündəliyində yazdığı qeydləri təhlil edib.
Qaynarinfo xəbər verir ki, bu haqda "The Mirror” bazar ertəsi, 13 iyul sayındakı məqalədə məlumat verilib.
Nəşr qeyd edir ki, ABŞ-da ötən həftə yazıçı Dilan Hovardın «Bad: An Unprecedented Investigation into the Michael Jackson Cover-up» ("Pis: Maykl Ceksonun sirlərinin misli görünməmiş araşdırması") adlı kitabında sənətçinin şəxsi qeydləri cəmləşib. Trussell mərhum musiqiçinin gündəliklərinə əsasən onun adının tarixdə qalmasını xəyal etdiyini, həftədə 20 milyon dollar qazanmaq istədiyini və eyni zamanda öldürülməsindən qorxduğunu qeyd edib.
"Bu qeydlərin əsl dəyəri ondadır ki, heç vaxt kiminsə görməsi üçün nəzərdə tutulmayıb - yəni bu qeydlər qeyri-şüuri şəkildə yazılıb", - Trussel deyib və həmçinin izah edib ki, Ceksonun özünün hər şeyə qadir olduğuna və əzəmətinə inanırmış.
Mütəxəssisin fikrincə, musiqiçi fikirlərini tam səliqəylə yazmayıb və əhval-ruhiyyədən asılı olaraq tərzi də çox dəyişib. Xüsusilə, qalın hərflərlə yazdıqları onun inamlı olduğunu göstərir, xırda hərflərlə yazdıqları isə diqqətcillik və gələcəyin planlaşdırılmasında nüanslara fokuslanması deməkdir. "O, yenilikçi və müstəqil idi və öz qaydalarını yaratmışdı", - qrafoloq bildirib.
Mətndəki əllə çəkilən geniş xətlər Ceksonun o an yüksək nailiyyətlər və müvəffəq olması ilə motivasiya edildiyini göstərir. Trussell bu toxunuşları musiqiçinin allahlıq iddiasıyla da izah edir. Eyni zamanda, xətlərin qırılan ucları narazılıqları göstərir. Mütəxəssisin sözlərinə görə, o, daim daha çox şey istəyirmiş.
Sənətçinin şəxsi gündəliyində musiqiçinin risk almağı sevdiyini göstərən "tH” birləşmələri də var. Bundan əlavə, Yunan üslubunda yazılmış "E", müğənninin orijinallığı, bənzərsiz ifadəsi, qeyri-bərabər "M" hərfi - təkəbbür və əzmkarlıq üçün çalışdığı anlamına gəlir.
Trussell deyir ki, Cekson lağa qoyulmaqdan çox qorxurmuş. Onun bütün epatajçılığının arxasında utancaq və yöndəmsiz bir adam gizlənib, - qrafoloq qeyd edib. Sənətçinin insanlardan uzaq qaçmağa çalışdığı iddia edilir. "Mənə elə gəlir ki, kimsə məni öldürməyə çalışır", - Cekson öz gündəlikində yazırdı.
Xatırladaq ki, Maykl Cekson "Pop kralı" qeyri-rəsmi titulu olan amerikalı müğənnidir. Sənətkarın dünyada satılmış qeydlərinin sayı bir milyard nüsxədir. Cekson 2009-cu ildə 50 yaşında vəfat edib.
Alpər
Şərhlər