Xəbər lenti

Meditasiya etmək üçün 3 əsas texnika
Dünya 19:49 08.03.2016

Meditasiya etmək üçün 3 əsas texnika

Əsrlərdir mövcud olan və onlarla fərqli təlimi olan meditasiya, intellektimizi və ağlımızı tərbiyə etməyə əsaslanan həyat dərsidir. Zehnimizi idarə etməyin isə olduqca fərqli yolları var. 

Qaynar.info Pahoo.az-a istinadən sizə meditasiyanın təməl texnikalarını və bu texnikalara dair məlumatları təqdim edir.

1. Diqqətin cəmlənməsi meditasiyası

Diqqətin cəmlənməsi bütün meditasiya növlərinin əsasını təşkil edir. Buna nail olmaq üçün diqqətimizi yayındıran fikirlərdən uzaqlaşaraq, beynimizin nəzarətini ələ keçirməyə çalışmalıyıq. Meditasiya edərkən gözlərimizi bağlamaq da diqqətimizi xarici dünyaya deyil, fikrimizi yönəltmək istədiyimiz obyektə istiqamətləndirməyi asanlaşdırır. Yeni başlayanları ən çox çətinliyə salan da məhz fikrin cəmlənməsidir. Uzun müddətlik təcrübə nəticəsində zehnin nəzarətini ələ alsaq da, ən təcrübəli meditasiya ustadları da bəzən nəzərlərinin tez-tez başqa fikirlərə yayındığını müşahidə edirlər. Belə hallarda meditasiyaya yenidən başlayıb, həmin fikirləri ağlımızdan dəf etməyə çalışmalıyıq. Bu üsulun da ən böyük qanunu hər dəfə yenidən başlamağa səbrin olmasıdır.

Yaxın zamanda edilən elmi araşdırmaya görə, fikrin cəmlənməsi meditasiyası əsnasında beyində qamma dalğaları görülür. Qamma dalğaları aktiv şüurluluq və ayıq-sayıqlıq səviyyəsində görülən dalğalardır. Zen meditasiyası, Qiqonq (Çin meditasiyası), Yoqa və Vedanta kimi meditasiyalar fikir cəmlənməsini əsası olaraq müəyyən ediblər. Buna görə də bu təlimlər zamanı beyniniz çox aktiv şəkildə işləyir.

2. Şüurluluq meditasiyası

Bu metodun əsas məqsədi ətrafımıza, mövcud vəziyyətə və nəfəsimizə qarşı şüurluluq səviyyəmizi artırmaqdır. Fikrinizi yönəltmə texnikası bu metoda da kömək edəcəkdir. Nəfəs məşğələləri, nəfəsimizi izləmək kimi məsələlər mühüm yer tutur. Bununla yanaşı, həyatımızdakı hər hansı bir problem üzərində düşünmək, özümüzü qiymətləndirmək, stresslə mübarizə və təşvişli əhvalın müalicəsində də bu metodun faydalı olduğu güman edilir. Şüurluluq meditasiyası əsnasında beynin ön hissəsində teta dalğaları müşahidə olunur. Teta dalğaları insan xatirələrə əsaslanaraq və ya mücərrəd anlayışlar üzərində düşünərkən müşahidə edilən dalğalardır.

Vipassana və Zazen metodları şüurluluğu artırmağa xidmət edən meditasiya növlərindən ən vacibləridir. Vipassana’da fikirlərə böyük əhəmiyyət verilir və onları dəyişdirməmişdən əvvəl, dərk etməyimizin vacib olduğu deyilir. Şüurluluq bu halda işə qarışır və gözlərimizin görmədi şeyləri bizə düşüncələrimiz vasitəsilə bizə göstərir.

3. Transsedental meditasiya

Maharishi Mahesh Yogi’nin təlimləri ilə yaranan transsedental meditasiya digər meditasiya növlərindən fərqlənir. Meditasiya məqsədini zehni idarə etmək və ya fikri cəmləməyə yönəltmir. Zehnin hər hansı bir nəzarət altında olmadan, fikirlərdən azad, sadə və hər şeyin xaricində olan bir hala keçməsi məqsədini güdür. Transsedental sözünün mənası da “o tərəfə keçmək, fərqli bir ölçü qazanmaq”dır. Bu təlimin metodları daha çətin olsa da, bütün dünyada bir çox insan məhz bu texnikaya müraciət etməyi üstün tutur.

Bu təlimə əsasən, meditasiya istənilən yer və şəraitdə edilə bilər. Gündə iki dəfə, iyirmi dəqiqə olmaqla etmək kifayətdir.  Seanslar adətən mantra deyilən xüsusi kəlmələrin dəfələrlə təkrarlanmasına və daha sakit bir zehin müstəvisinə keçməyinizə əsaslanır. Davam etdikcə meditativ prosesə keçməyin asanlaşması, hətta avtomatik olaraq baş verməsi iddia edilir.

Transsedental seanslar əsnasında beyində alfa dalğaları görülür. Alfa dalğaları beyin rahatlaşma halında olduğunda müşahidə edilir. Bu meditasiya metodunda zehnin arxayınlaşdığı və öz axını içərisində olduğu deyilə bilər.  Digər meditasiya üsullarından fərqli olaraq, transsedental meditasiyanın bədənə birbaşa təsirlərinin olduğu müəyyən edilmişdir. Ürək xəstəlikləri riskini azaltdığı, diabet xəstələrində insulin səviyyələrinin tarazlanmasını təmin etdiyi deyilir.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->