Bir zamanlar "Brangelina” adı ilə xatırlanan və münasibətləri Hollivudun ən məşhurlarından sayılan Bred Pitt ilə Ancelina Coli arasında uzun illərdir davam edən gərginlik bitmək bilmir. Səkkiz illik çətin bir hüquqi mübarizənin ardından boşanan cütlük ayrılıqlarına baxmayaraq hələ də münaqişələr içindədir. Ən son mübahisə isə qızları Şeylonun ətrafında cərəyan edir.
Qaynarinfo xəbər verir ki, boşanmadan sonra cütlüyün altı uşağı - üçü bioloji, üçü isə övladlığa götürülmüş - anaları ilə qalıb. Lakin iddialara görə, uşaqlar atalarına qarşı düşmən mövqe tutublar. Hazırda yalnız əkizlərdən biri olan Noks Leon istisna olmaqla, digər uşaqlar nəinki Bred Pitt ilə görüşmək istəmir, hətta onun soyadını da daşımaq istəmirlər.
Bred Pitt isə hazırda sevgilisi İnes de Ramon ilə münasibətində müəyyən sakitlik tapsa da, uşaqları ilə bağlı narahatlığı azalmır. Xüsusilə də qızı Şaylo ilə bağlı yaranan son hadisələr onu ciddi şəkildə narahat edir.
İddialara görə, Bred Pitt qızı Şeylonun anası Ancelina Coli tərəfindən həddindən artıq azad buraxıldığını və onun üçün nümunəvi bir ana olmadığını düşünür. Keçən ay 19 yaşına girən Şeylonun rəqs dərslərində tanış olduğu Keoni Rouz adlı dostu ilə yaxın münasibətləri də medianın diqqətindən yayınmayıb. Pitt bu münasibətə birbaşa etiraz etməsə də, qızının həyatında atalıq modelinin olmamasından narahatdır və bunu Colinin məsuliyyətsizliyi ilə əlaqələndirir.
Bir mənbənin sözlərinə görə, Bred Pitt Colinin uşaqları, o cümlədən Şeylonu ona qarşı çevirdiyinə inanır və bu səbəbdən olduqca qəzəblidir. Məhz bu səbəbdən qızının gələcəyi ilə bağlı ciddi narahatlıq keçirir. Onun əsas qorxusu, Şeylonun gələcəkdə peşman olacağı qərarlar verməsidir.
Mənbələr bildirir ki, Pitt qızının kimlərlə dostluq etdiyini, həyatında nələrin baş verdiyini ətraflı bilmir, lakin uzaqdan da olsa müəyyən xəbərlər alır. Anasının ona sərhədsiz azadlıq verməsini isə təhlükəli hesab edir. Çünki Şeylonun hələ kifayət qədər yetkin düşüncəyə malik olmadığını düşünür və bu yaşda veriləcək səhv qərarların fəsadlarından qorxur.
Lakin Pitt qızı ilə normal ata-qız münasibəti qura bilmir. Çünki Coli onun Şeylo ilə görüşməsinə icazə vermir. Şüylo isə artıq keçən il 18 yaşına çatdıqdan sonra məhkəməyə müraciət edərək atasının soyadını rəsmi sənədlərdən çıxartdırmaq üçün qanuni addımlar atıb.
Hazırda Bred Pittin soyadına etiraz etməyən yeganə uşaq, əkizlərdən oğlan olan Noks Leondur.
Aydın
Şərhlər