Xəbər lenti

Rəsmi Bakıdan ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat
Siyasət 16:26 22.06.2025

Rəsmi Bakıdan ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.

Qaynarinfo xəbər verir ki, bəyanatda bütün tərəflər dialoq və diplomatiyaya üstünlük verməyə çağırılır.

"Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - bəyanatda qeyd olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->