Xəbər lenti

Məhkəmə proseslərinin keçirilməsi ilə bağlı məhdudiyyət aradan qalxır
Ölkə 09:17 25.01.2021

Məhkəmə proseslərinin keçirilməsi ilə bağlı məhdudiyyət aradan qalxır

Bu gündən Azərbaycan məhkəmələrində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla digər proseslərin keçirilməsinin məhdudlaşdırılması müddəti başa çatır.

Qaynarinfo xəbər verir ki, məhdudiyyət sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Ali Məhkəmə tərəfindən tövsiyə edilmişdi.

Təxirəsalınma üçün yanvarın 25-ədək müəyyənləşdirilən müddət bitdiyi üçün bütün növ məhkəmə işlərinə baxış iclasları bərpa edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->