Xəbər lenti

Mehman Əhmədli: “Aydınla 2 gün danışmadıq, olanlar oldu”
Ölkə 19:08 24.03.2019

Mehman Əhmədli: “Aydınla 2 gün danışmadıq, olanlar oldu”

"Ölümündən 3-4 gün qabaq görüşmüşdüm. Bir müddətdir xəstə idi. Amma kim bilirdi ki, rəhmətə gedəcək? Fikirləşirdik ki, sağalacaq”. 

Bu sözləri "Qafqazinfo”ya açıqlamasında dünən həyatını itirən meyxanaçı Aydın Xırdalanlının həmkarı Mehman Əhmədli deyib. O, mərhumla bir neçə gün əvvəl  görüşdüyünü deyib: 

"Bacardığımız qədər dostluğumuzu göstərirdik. Birdən-birə belə olmağı bizi kədərləndirdi. Aydınla iki gün telefonla danışmadıq, olanlar oldu. Sən demə, xəstə imiş. Hamımız sənətkarıq və bir sənətə qulluq edirik. Hər kəsin öz yolu var. Adam var içki içir, adam da var ki, içmir, ibadət edir. Əsas odur ki, həyatda yaxşı insan olasan. Aydın da çox gözəl insan idi. Heç kimlə düşmənçilik aparmırdı. İncik olurdusa, kənara çəkilirdi. Onun ölümü meyxana sənətinə böyük zərbə oldu”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->