Siyasət 20:20 22.11.2019

Vladimir Putin "Dostluq" ordenini Mehriban Əliyevaya təqdim etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 

Qaynarinfo-nun Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya iki ölkə arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsində göstərdiyi yüksək xidmətlərinə görə bir müddət öncə təltif olunduğu "Dostluq" ordeni də təqdim edib. 
 
Rusiya prezidenti V.Putin həmçinin dekabrın 20-də Sankt-Peterburqda keçiriləcək Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşünün planlaşdırıldığını bildirib.
 


Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiyaya rəsmi səfərə gəlib.