“Mehriban Əliyevaya bu vəzifəni təklif etdikdə, bunu o qədər də sevinclə qarşılamadı

“Mehriban Əliyevaya bu vəzifəni təklif etdikdə, bunu o qədər də sevinclə qarşılamadı"

"Mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz”.

Qaynarinfo-nun məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei” qəzetinə müsahibədə deyib.

Prezident İlham Əliyev bildirib ki, Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir: "Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır”.

Dövlət başçısı Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsini tutmaq istəmədiyini də qeyd edib:
 
"Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamadı. Ola bilsin, mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi, mənim arqumentlərim olsa da, o istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR