Şirvan Meşə Meliorasiya İdarəsi bu gün "Nicat-2012” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, tenderin məbləği 75 min manat təşkil edir. Şirvan Meşə Meliorasiya İdarəsi açıq tenderi niyə keçirdiyini və hansı işlərin görüləcəyini açıqlamayıb.
Tenderin qalibi olan "Nicat-2012” MMC bu ilin yanvar ayının 22-də yaradılıb. 10 manat nizamnamə kapitalına malik şirkətin hüquqi ünvanı Yevlax şəhəri, Qanbay Quliyev, ev 1A, m. 2-dir. Qanuni təmsilçisi isə Əsədov Rauf Mehti oğludur.
"Dövlət satınalmaları haqqında" qanununa görə, satınalma müsabiqələrində iştirak edən şirkətlərin peşəkarlığı və təcrübəsinə xüsusi önəm verilməlidir. Bu baxımdan 76 gün əvvəl yaradılan şirkətin peşəkarlığı və təcrübəsi şübhələrə əsas verir…
Orxan Əhmədli
Şərhlər