Xəbər lenti

“Memar Əcəmi-2” stansiyası açılacaq
Ekonomiks 20:39 23.01.2014

“Memar Əcəmi-2” stansiyası açılacaq

Bakı Metropolitenin bu il istismara veriləcək yeni Bənövşəyi xəttində “Avtovağzal” stansiyasının ardınca şərti adı “Memar Əcəmi-2” (B-02) stansiyanın da inşaatında həlledici mərhələ başlanır. Burada da eskalatorların quraşdırılması üzrə işlərə keçilib.


Qaynar.info
Bakı Metropoliteninin rəsmi saytına istinadən xəbər verir ki, tezliklə “Memar Əcəmi-2” stansiyasında qeyd edilən avadanlıqların quraşdırma və ardınca sazlamasını icra edən Türkiyənin “Nanə qrup” şirkətinin mütəxəssis heyəti metropolitenin eskalator distansiyasının da iştirakı və nəzarəti ilə əsas işlərə başlayacaq.

Sahəyə metropolitenin nəzarətçisi təyin edilmiş tikilən metropoliten müdiriyyətinin elektromexanika avadanlıqları üzrə aparıcı müfəttişi Samir Balcanov qeyd edir ki, “Avtovağzal”da işlər yekunlaşmaq üzrə olduğundan artıq qrupun bir neçə işçisi “Memar Əcəmi-2” stansiyasına təhkim edilib. Onlar burada hazırlıq tədbirlərini yerinə yetirirlər. Tezliklə son tamamlama üçün “Avtovağzal”da 2-3 nəfərdən ibarət kiçik bir qrup saxlanılmaqla əsas qüvvə yeni obyektə yönəldiləcək.

Qeyd edək ki, “Memar Əcəmi-2” stansiyasında 17 eskalator, 4 lift quraşdırılacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->