Xəbər lenti

Ekonomiks 14:50 24.09.2014

Məmurlara xarici smartfonlardan istifadə qadağan olundu

Şanxay şəhərində yerli dövlət qulluqçularına xarici şirkətlərin istehsalı olan smartfonlardan istifadə qadağan edilib. 

Anspress-in Rabitə və Yüksək Texnalogiya nazirliyinə istinadən verdiyi məlumata görə, Çinin keçmiş ticarət naziri Tsyanqo Veyin Pekin Universiteti tərəfindən təşkil edilən konfransdakı çıxışında bunu deyib. Qadağa “Apple” və “Samsung” smartfonlarına da şamil edilib.

O, bildirib ki, təhlükəsizlik baxımından kadr qulluqçulara yalnız Çinin “Huawei” şirkətinin istehsalı olan smartfonlardan istifadəyə icazə verilir. ABŞ istehsalı olan smartfonlar, o cümlədən “Apple” məhsulları təhlükəsizlik üçün təhdid törədir. İyulda Çin mətbuatı “Apple” şirkətini “iOS 7” əməliyyat sisteminin istifadəçinin tez-tez getdiyi yerləri müəyyən edən funksiyasından izləmə üçün istifadə olunmasında təqsirləndirib. “Apple” nümayəndələri bu ittihamları rədd edib. 

“Jenmin Jibao” qəzeti xatırladıb ki, Çin "iPhone 6” və “iPhone 6 Plus” smartfonlarının satışına başlandığı ilk ölkələr qrupuna daxil deyil. Qəzet yazır ki, bu, “Apple”ı Çində etibardan salacaq. Hazırda yeni modellər satışa çıxarılmayıb, yerli istehsalçılar bazardakı boşluğu doldurmağa hazırdır, - "Computerworld” yazır.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?