Xəbər lenti

Menderesin edamı ilə bağlı iddia: “Moskvaya getdikdən sonra...”
Dünya 17:07 19.09.2021

Menderesin edamı ilə bağlı iddia: “Moskvaya getdikdən sonra...”

"ABŞ bizi Yaxın Şərqdə buyruqçu kimi istifadə etməyə çalışırdı. Adnan Menderes o zaman Moskvaya getmişdi. Bu, ABŞ-ı dəliyə çevirdi. Adnan bəy Moskvaya getdiyi anda öz ölüm fərmanını imzalamışdı”.

Bunu türk siyasi ekspert Əziz Üstəl deyib.

O, Türkiyənin mərhum baş naziri Adnan Mendersin devrilməsinin arxasında NATO zabitlərinin dayandığını iddia edib:

"27 May çevrilişini həyata keçirən bu gözəl, sadəlövh insanı niyə öldürdülər? Prokurorun oxuduğu ittihamnaməyə görə, Adnan bəy və Demokrat Partiyası demokratiyanı dağıtmağa və onu diktaturayla əvəz etməyə çalışmışdılar. Bunu necə edə bilərdi? Oyuncaq silahlarlamı? Hər halda hakim Səlim Başol qələmini sındıraraq Adnan Menderes və iki nazirini edama məhkum etdi.

Bəs niyə? Çünki ABŞ-ın ondan istədiyi bu idi.

Menderes hökuməti Türkiyədə elektrik stansiyaları qurmaq istəyirdi. Bunun üçün qərbli dostları ilə görüşdü, amma müsbət cavab almadı. Bu vaxt Sovet İttifaqı işə başladı və elektrik stansiyasının inşasına kömək edəcəyini bildirdi. Menderes bundan sonra Moskvaya getdi. Bu, ABŞ-ı dəliyə çevirdi”.

Əziz Üstəl ABŞ-ın müttəfiq olmasına baxmayaraq, Türkiyəyə qarşı sayğısız davranışlara yol verdiyini bildirib:

"ABŞ-ı dost və müttəfiq olaraq görürdük. Ancaq ABŞ bizi Yaxın Şərqdə buyruqçu kimi istifadə etməyə çalışırdı. Başqa bir şey istəmək və ya soruşmaq imkanımız yox idi. Adnan bəy artıq Moskvaya getdiyi anda öz ölüm fərmanını imzalamışdı.

Türk yox, NATO zabitləri çevriliş etdilər. Ardından da ölüm kürsüsü quruldu. Bu qiyamı 12 Mart və 12 Sentyabr çevrilişləri izlədi. Hər dəfə "ABŞ-ın kuklalar”ı mülki hökumətləri devirdi və özləri hakimiyyətə gəldilər.

Son çevriliş cəhdi 15 İyul idi. O an dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğan xalqı küçələrə çağırdı. Türk milləti tankların önündə uzanaraq CIA-dan dəstək alan Gülənin çevriliş planının qarşısını aldı. Düşünün ki, Fəthullah Gülən hakimiyyətə gələrək özünü "xəlifə” elan etsəydi, biz necə olardıq? İnsanlar düşünmək belə istəmirlər”.//Teleqraf.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->