Sudanın sabiq prezidenti Ömər Əl Bəşirə 14 dekabrda hökm oxunacaq.
Qaynarinfo xəbər verir ki, 11-ci dəfə hakim qarşısına çıxan ölkənin keçmiş rəhbəri korrupsiya, qanunsuz mülk əldə etmək, çirkli pulların yuyulmasında ittiham edilir. Ömər Əl Bəşir Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd bin Salmanın verdiyi və evində aşkarlanan pulların aqibətindən xəbərdar olmadığını bildirib. O,19 avqustda Səudiyyə rəsmilərindən 91 milyon dollar aldığını etiraf etmişdi.
Bəşirin vəkilləri həmin pulların şəxsi məqsədlər üçün yox, Sudanda təhlükəsizlik, səhiyyə, təhsil sahələlərindəki layihələrə yönləndirildiyini iddia edir.
Qeyd edək ki, Ömər Əl Bəşir aprel ayında hərbi çevrilişlə 30 il icra etdiyi ölkə başçısı postundan uzaqlaşdırılıb. O, 17 apreldə ev həbsindən paytaxt Xartumda yerləşən Kuber Həbsxanasına göndərilib.
Gülşən
Şərhlər