Xəbər lenti

İndoneziyada Merapi yanardağı təhlükəsi
Dünya 12:40 22.05.2018

İndoneziyada Merapi yanardağı təhlükəsi

İndoneziyada yerləşən Merapi yanardağında müşahidə edilən aktivləşmədən sonra ərazi 2-ci səviyyəli təhlükəli zona elan edilib.

Qaynarinfo xəbər verir ki, dağa dırmaşmaq və 3 km-lik əraziyə yaxınlaşmaq qadağan edilib. Milli Fövqəladə Hal İdarəsi Agentliyinin sözçüsü Sutopo Purvo dağın yaxınlığında yaşayan 660 nəfərin təxliyyə edildiyini bildirib. 

Qeyd edək ki, 11 mayda yanardağ 5500 metr məsafəyə kül və duman püskürtdüyü üçün "Adisutjipto" havalimanı fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı.

2968 metr hündürlüyə sahib Merapi 2010-cu ildə püskürərək 347 nəfərin ölümünə səbəb olmuşdu.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->