Rusiyanın məşhur aktyoru Andrey Panin yaşadığı mənzildə ölmüş vəziyyətdə tapılıb.
Qaynar.info-nun məlumatına görə, aktyorun yaxınları onu martın 7-də səhər saatlarında kəllə-beyin zədəsi ilə ölmüş vəziyyətdə tapıblar.
Ehtimal olunur ki, aktyor yerə yıxılıb və başı zədələnib.
Qeyd edək ki, Panin bir çox məşhur film və seriallarda, o cümlədən məşhur "Briqada" serialında çəkilib.
Qaynar.info
Şərhlər