Dünyaca məşhur basketbolçu Maykl Cordanın idman ayaqqabısı rekord qiymətə satılıb.
Qaynarinfo xəbər verir ki, məşhur basketbolçunun basketbola yeni başladığı illərdə bir oyunda geyindiyi idman ayaqqabısı təxminən 1,5 milyon dollara öz sahibini tapıb. Bu haqda ayaqqabıların hərraca çıxarıldığı "Sotheby`s Museum House" tərəfindən açıqlama verilib. Açıqlamada Maykl Cordanın 1984-cü ildə geyindyi idman ayaqqabısının Las Veqasda təşkil olunan hərracda 1.472 milyon dollara satıldığı elan edilib. Bunun muzey evlərində bir idman ayaqqabısı üçün ən yüksək qiymət olduğu da bildirilib.
58 yaşlı sabiq basketbolçu sözügedən ayaqqıbları karyerasına başladığı "Çikaqo Bulls"da meydana çıxdığı 5-ci matçında geyinmişdi.
Ümumilikdə isə ən bahalı ayaqqabı satışı ABŞ-ın ünlü müğənnisi Kanye Vestə məxsusdur. Onun 2008-ci ildə geyindiyi ayaqqabılar isə aprel ayında 1,8 milyon dollara satılmışdı.
Səbuhi Həsənov
Şərhlər