İdman 11:30 24.09.2021

Məşhur İtaliya klubu satıldı

İtaliyanın məşhur klublarından olan, A Seriyası təmsilçisi "Cenoa" satılıb.

Qaynarinfo xəbər veri ki, bu barədə klub tərəfindən məlumat yayılıb. Məlumata görə Genuya təmsilçisi mərkəzi ABŞ-da yerləşən "777 Partners" adlı şirkətə satılıb.  Klubdan verilən açıqlamada mərkəzi ABŞ-ın Mayami şəhərində yerləşən yerləşən şirkətin "Cenoa"nın səhmlərinin 99,9 faizinə yiyələndiyi bildirilib. "Qırmızı-mavi"lərin 18 illik sahibi Enriko Preziosinin isə idarə heyətinin üzvü olaraq fəaliyyətinə davam edəcəyi bildirilib. 

"777 Partners"in qurucusu və rəhbəri Coş Vender bununla bağlı açıqlama da verib: "Cenoa" kimi böyük tarixi, mirası və ənənəsi olan klubun bir parçasına çevrilməkdən qürur duyuruq. Miras aldığımız məsuliyyətin fərqindəyik və ona hörmətlə yanaşırıq. A Seriyasında mümkün olan ən yüksək pillələri hədəfləyərək, "Qırmızı-maviləri"n qürurlu mirasını qorumaq istəyirik". 

Klubun keçmiş prezidenti Preziosi də fikirlərini bölüşüb: "Əl dəyişdirmə zamanı çatıb. Hər zaman "Cenoa"nı güclü və güvənə biləcəyim birinə təhvil verəcəyimni söyləyirdim. Klubu "777 Partners"ə həvalə etdim. İtaliyanın ən köhnə klubunu idarə edəcək insanlara ən yaxşısını diləyirəm". 

Mətbuatda yer alan xəbərlərə görə klub sözügedən şirkətə 150 milyon avro müqabilində satılıb. 1893-cü ildə yaradılan "Cenoa" 9 dəfə A Seriyasının bir dəfə İtaliya Kubokunun qalibi olub. Cari mövsümə yaxşı başlamayan komanda keçirdiyi 5 oyunda 1 qələbə, heç-heçə, 3 məğlubiyyət və 4 xalla 16-cı pillədə yer alıb.

Səbuhi Həsənov