Məşhur rumın məşqçi Marius Şumuditsa "Neftçi"yə gəlməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis özü məlumat verib.
Son olaraq "Kayserispor"u çalışdıran Şumuditsa Türkiyə Super Liqasında çalışacağını bildirib. "Neftçi"nin təklifindən imtina etdim. Fars körfəzindən də təklif var. Rumıniyaya ancaq ən yaxşı komandaya qayıdaraq. Hazırda Türkiyənin iki klubu ilə danışıqlar gedir. Seçimi Super Liqaya edəcəm".
Qeyd edək ki, rumın məşqçi "Kayserispor"da aylıq 15-20 min avro maaş aldığını bildirib. Mayın 15-də istefaya göndərilən Şumuditsanın rəhbərlik etdiyi komanda Super Liqanı 44 xalla 9-u pillədə başa vurub.
Onu da qeyd edək ki, Şumuditsa məşqçi karyerası ərzində "Kayserisor"dan başqa Rumıniyanın "Rocar", "Dodu", "İnter Qaz", "Proqresul", "Astra", "Farul", "Qloriya", "Rapid", "Braşov", "Vasluy", "Universitatea Kluj", "Konkordiya", Yunanıstanın "Kavala" və BƏƏ-nin "Əl-Şabab" klublarını çalışdırıb.
Şərhlər