Birləşmiş Ərəb Əmirliklərinin təyyarə kirayəsi ilə məşğul olan "Dubai Aerospace Enterprise" şirkəti 400 təyyarə almağa hazırlaşır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şirkət "Airbus" və "Boeing" şirkətləri ilə görüşlərə start verib. "Airbus A320", "Boeing 737 Max" təyyarələrinin alınması gözlənilir. Alışın ümumi qiymətinin azı 40 milyard dollar olduğu bildirilir.
Digər tərəfdən "Airbus" və "Boeing"in böyük miqdarda sifariş qəbul etməsi "DAE"nin planlarının təxirə salınması ilə nəticələnə bilər. Variantlar arasında təyyarə kirayəsi ilə məşğul olan digər BƏƏ şirkətinin alınması da var.
Qeyd edək ki, "DAE" daha əvvəl İrlandiyanın "AWAS" şirkətini alaraq təyyarə sayını 400-ə qaldırmışdı. Şirkət hazırda 57 ölkədə 117 hava yolu şirkəti ilə çalışır.
Gülşən
Şərhlər