Mətanət İsgəndərli qızından danışıb ağladı:

Mətanət İsgəndərli qızından danışıb ağladı: "100 min pul yığmışdı"

"Öz zəhmətimlə yaşayan insan, zöhmetkeş anayam. Dişimlə-dırnağımla istədiyimə çatdım. Daim əzablı yollar keçdim".

Qaynarinfo-nun axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Mətanət İsgəndərli "Zaurla Günaydın" verilişinə açıqlamasında deyib. 

Müğənni tez-tez depressiyaya düşdüyünü etiraf edib:

"Hər zaman kiçik bir şeyi dərd etmişəm. Heç vaxt maskalanmadım. Kiçik bir qalmaqal olanda, günlərlə pis olmuşam. Ətrafım da məni belə tanıyıb. İstəmərəm artıq hərəkətlər edim. O qədər xətrimə dəyən olur... Gəlib evə səhərə qədər yatmıram ki, niyə cavabını vermədim".

İsgəndərli Türkiyəyə ərə verdiyi qızı Ülkərdən danışıb kövrəlib:

"Qızım çox yaxşı yerə ərə gedib. Başına and içirlər. Hələ toydan sonra bura gəlməyib. Bir aya gələcək. Ülkər çox düşüncəli idi. Uşaqlıqdan özünə cehiz pulu yığırdı. Yüz min pul yığmışdı. Çoxunu mən xərclədim. Qalanını da verdim, apardı".

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR