Xəbər lenti

Metroda sərnişinin relslərin üstünə yıxılması ilə bağlı rəsmi açıqlama
Ölkə 15:19 15.12.2019

Metroda sərnişinin relslərin üstünə yıxılması ilə bağlı rəsmi açıqlama

Bakı Metrosunda təhlükəli anlar yaşanıb.  

Qaynarinfo xəbər verir ki, 20 yaşlı oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.  

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.  

Qurum rəsmisi hadisə ilə bağlı açıqlamasında bildirib ki, hadisə səhər saat 08:33 radələrində metronun "Azadlıq Prospekti” stansiyasında baş verib:  

"1999-cu il təvəllüdlü O.E. adlı oğlan anidən stansiya yoluna yıxılıb. Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çəxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib”.  

B.Məmmədov baş verən hadisənin qatarların intervalına təsir etmədiyini vurğulayıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->