Xəbər lenti

Metropoliten 8 min işçisinin maaşını gecikdirir
Ekonomiks 19:40 08.05.2021

Metropoliten 8 min işçisinin maaşını gecikdirir

"Bakı Metropoliteni” QSC-də çalışan işçilərin əməkhaqqları gecikdirilir. Qurumun 8 min işçisi aprel ayının maaşlarını hələ almayıb.

Məlumata görə, Metropoliten rəhbərliyi tərəfindən işçilərinə əməkhaqqının ödənilməsi üçün bu günə söz verilsə də, sonradan maaşın bayramdan sonraya saxlanıldığı elan edilib. Bu isə işçilər arasında narazılığa səbəb olub. Məsələ sosial şəbəkələrdə də geniş müzakirələr yaradıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hazırda Metroplitendə müşavirə keçirildiyindən mövqe bildirməyib.//Bizim.Media

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->