Millət vəkili Dünya Səhiyyə Təşkilatının konfransında iştirak edib (FOTO/VİDEO)
Qazaxıstan paytaxtı Astana şəhərində Dünya Səhiyyə Təşkilatı və UNİSEF-in birgə təşkilatçılığı ilə "İlkin Səhiyyə Xidməti” mövzusunda beynəlxalq konfrans keçirilib.
Qaynarinfo xəbər verir ki, 25-26 oktyabr 2018-ci il tarixlərində Qazaxstanın Astana şəhərində Dunya Səhiyyə Təşkilatı (DST) və UNİSEF-in birgə təşkilatçılığı ilə "İlkin Səhiyyə Xidməti” mövzusunda konfrans keçirilib. "Health for All” şüarı altında keçirilən bu tədbirdə Dunya Səhiyyə Təşkilatının "Astana Deklarasiyası-2018” qəbul olunub.
150 ölkəni təmsilçilərinin həmçinin 70 ölkənin səhiyyə nazirlərinin və nümayəndələrinin və eləcədə aidiyyəti dövlət qurumlarının və qeyri-hökümət təşkilatlarının 2200 nümayəndəsinin iştirak etdiyi tədbirdə "İlkin Səhiyyə Xidməti”nin 2050-ci ilə qədər olan yol xəritəsi təsdiqlənib.
Konfransda ölkəmizi təmsil edən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, yeni qəbul edilən "Astana deklarasiyası-2018” DST və UNİCEF tərəfindən 1978 -ci ildə qəbul olunmuş və səhiyyədə davamlı inkişafın təmin edilməsində əsas rol oynayan "Alma-Ata Deklarasiyası-1978” in 40 il sonra yənidən modernləşdirildiyi və DST tərəfindən bütün dünya ölkələrinə 2050 ci ilə qədər tövsiyə edilən yeni və əsas yol xəritəsi olub: "Düşünürəm ki, bütün dünya və eləcədə ölkəmiz üçün aktual olan bu global konfransda, Azərbaycan səhiyyəsinin gələcək inkişafında mühüm rol oynayan bütün qurumların birgə iştirakı çox sevindirici haldır. Hamıya məlumdur ki, Prezidentimiz İlham Əliyevin tövsiyə etdiyi Azərbaycan səhiyyəsinin gələcək dayanıqlı inkişafi, məhz bütün aidiyyatı qurumların tək məqsəd uğrunda, birlikdə və eyni hədəfə yönəlmiş sistemli addımları ilə mümkündür".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər