Xəbər lenti

Millət vəkili:
Siyasət 13:23 14.07.2020

Millət vəkili: "Ordumuz bütün təxribatların qarşısını uğurla alır"

"Heç bir vətəndaş daimi yaşadığı yeri tərk etmək fikirində deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi bütün resurslarınından istifadə etsə belə, Azərbaycanın heç bir vətəndaşı təxribata uymayacaq:
 


"Düşmən çalışır ki, dinc əhalini iri çaplı plemyotlardan və artilleriya qurğularından atəşə məruz qoysun. Ermənilərin bir məqsədi var, istəyirlər ki, dinc əhali yaşadıqları yurd yerlərini tərk etsin və bununla da əhali arasında panika yaratsınlar. Ordumuz bütün təxribatların qarşısını uğurla alır. Heç bir vətəndaş daimi yaşadığı yeri tərk etmək fikirində deyil".

Deputat hər bir kəsin öz evində, kəndində olduğunu qeyd edib:

"Heç kimin harasa köçmək kimi fikiri yoxdur".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->