Xəbər lenti

Milli Məclisdə komitə sədri ilə nazir müavini arasında “söz atışması”
Siyasət 18:32 25.01.2019

Milli Məclisdə komitə sədri ilə nazir müavini arasında “söz atışması”

"Büdcə müzakirələri zamanı bələdiyyələrlə bağlı bəzi problemlər qaldırıldı. Bəzi bələdiyyələrin hesabları dondurulub, bu məsələdə onlara Ədliyyə Nazirliyi də kömək göstərməlidir. Sizin bu barədə heç məlumatınız yoxdur, necə kömək edəcəksiniz? Çünki siz maraqlanmırsınız".

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrə kömək etmək lazımdır: "Axı onların başqa təşkilatı yoxdur. Bəs onlara kim kömək etməlidir?”

Ədliyyə nazirinin müavini Vilayət Zahirov isə deyib ki, təkliflər qanunvericiliyə salınmalıdır: "O zaman icra edərik. Siz onu qanunvericiliyə daxil etməsəniz, biz onu necə icra edə bilərik?”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->