Xəbər lenti

Milli Məclisin komitələrinin səlahiyyəti artırıldı
Ölkə 14:42 18.12.2018

Milli Məclisin komitələrinin səlahiyyəti artırıldı

Milli Məclisin komitələrinin səlahiyyəti artırılıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilib.

Parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, bundan sonra parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.

Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->