Xəbər lenti

Milli Şura rəhbərliyi ABŞ-a nə vaxt gedir?
Siyasət 16:11 24.06.2013

Milli Şura rəhbərliyi ABŞ-a nə vaxt gedir?

Milli Şurada təmsil olunan müxalifət liderlərinin ABŞ səfərinin vaxtı açıqlanıb. 

Bu barədə Modern.az saytına məlumat verən Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev Amerika səfərinin iyulun 10-a planlaşdırıldığını bildirib.

Z.Quliyevin sözlərinə görə, müxalifət liderləri Birləşmiş Ştatlara səfər çərçivəsində Konqresdə görüşlər keçirəcəklər.

“ABŞ səfərinin vaxtı təxminən iyulun 10-a planlaşdırılır. Səfərdə Milli Şura sədri Rüstəm İbrahimbəyov və Milli Şurada təmsil olunan partiya rəhbərləri iştirak edəcəklər. Səfər ABŞ tərəfinin dəvəti ilə baş tutacaq. Orada Konqresdə görüşlər keçiriləcək”-deyə Milli Şura üzvü vurğulayıb.

Qeyd edək ki, Milli Şura üzvlərinin ABŞ-a planlaşdırılan səfərində Milli Şura sədri Rüstəm İbrahimbəyov, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov və sabiq spiker ACP lideri Rəsul Quliyevin iştirak edəcəyi gözlənilir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->