Milli Şurada struktur dəyişikliyi, Məşvərət Məclisinin yaradılması ilə bağlı məsələ qurumun sabah keçiriləcək sessiyasının gündəliyinə salınmayıb.
Müsavat Partiyasından APA-ya verilən məlumata görə, sessiyasının gündəliyinə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefa ərizəsinin müzakirəsi və quruma yeni sədr seçkisi məsələləri daxil edilib.
“El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev APA-ya açıqlamasında deyib ki, sessiyada quruma sədr seçkisi kifayət qədər vaxt aparacaq.
Onun sözlərinə görə, sədr seçkisi ilə bərabər, bir sessiya ərzində Milli Şurada Məşvərət Şurasının, katibliyin yaradılması məsələlərinin müzakirəsi qeyri-mümkündür, bu, çox vaxt aparar.
E. Quliyev Milli Şurada struktur dəyişikliyi ilə bağlı bir-birinə zidd mövqelərin olduğunu da xatırladıb.
Qaynar.info
Şərhlər