Xəbər lenti

Milli Şura sessiyasının vaxtı niyə dəyişdirildi?
Siyasət 11:30 23.08.2013

Milli Şura sessiyasının vaxtı niyə dəyişdirildi?

Milli Şuranın bu gün keçiriləcək sessiyası quruma üzv olan gənclərin təzyiqi ilə reallaşıb.
Milli Şuradan APA-ya verilən məlumata görə, dünən – avqustun 22-də Milli Şuranın üzvü olan Aygün Həmzəliyeva, Samir Əsədli, Cəmil Hacıyev, Məcid Mərcanlı, Ülvi Həsənli və Turqut Qəmbər qurumda təmsil olunan təşkilatların rəhbərləri ilə görüşüblər.
 Görüşlər çox gərgin keçib və gənclər israr ediblər ki, sessiyanın avqustun 26-da keçirilməsi Milli Şuranı prezident seçkilərində iştirakdan kənarda qoya bilər. Gənclərin Milli Şuranın İcra Aparatının sədri Eldar Namazovla görüşü isə daha gərgin olub. Avqustun 22-də gün ərzində aparılan danışıqlar gecə saatlarında bəhrəsini verib və Milli Şurada təmsil olunan təşkilatların sədrlərinin də qərarı ilə sessiyanın bu günə təyin olunması qərara alınıb.
 Milli Şuranın komissiya sədrləri də gənclərin təşəbbüsünü dəstəkləyiblər.
 Sessiyada əlavə vahid namizədin müəyyənləşməsi, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya dövləti ilə hüquqi problemləri həll olunmadığı təqdirdə qurumun atacağı addımlara dair qərarlar veriləcək.  
 Milli Şuradan o da bildirilib ki, əlavə vahid namizəd kimi hələlik professor Cəmil Həsənlinin və jurnalist Mehman Əliyevin adları hallanır.
 Milli Şuranın sessiyası bu gün saat 16.00-da Müsavat Partiyasının qərargahında keçiriləcək.
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->