“Vidadi İsgəndərlinin hüququ var ki, Azərbaycanda yaranan demokratik təsisatlarda iştirak etsin. Vicdanlı, ləyaqətli, mübariz bir insandır ki, kəfən geyinib mübarizəyə qoşulub”.
Bunu Qaynar.info-ya “El” hərəkatı ali məclisinin sədri Eldəniz Quliyev hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Milli Şura ilə bağlı narazılığını şərh edərkən deyib.
E.Quliyev hesab edir ki, V.İsgəndərli Milli Şurada olan şəxslərin heç birindən əksik deyil: “Amma nəyi açıqlayacaq, bilmirəm. Açıqlamaq məsələsi, yəqin ki, əsəbdən irəli gəlir. Yəni açıqlanmalı bir şey yoxdur. Amma kimlərsə barədə nəsə sözü varsa, bu onun işidir”.
E.Quliyev əlavə edib ki, hüquq müdafiəçisi Milli Şurada təmsil olunmaq üçün namizədliyini təqdim etməli idi, işlərlə maraqlanmalı idi: “Əlbəttə, o, Milli Şurada olmalı idi. Orada 5 nəfər layiq insan varsa, o da onların içində olmalı idi”.
Şərhlər