İdman 11:02 27.03.2023

Millimiz AVRO-2024-də növbəti matçına çıxır

Canni De Byazinin rəhbərlik etdiyi millimiz bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, komandamız İsveç yığmasının qonağı olacaq. Fransalı FİFA referisi Stefani Frapparın idarə edəcəyi qarşılaşma Solnadakı "Frends Arena"da baş tutacaq. 

İlk görüşdə hər iki komanda böyük hesabla bəğlub olub. Millimiz səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzubsa, İsveç qonaq olduğu Belçikada qapısından 3 cavabsız qol buraxmışdı. 

AVRO-2024, seçmə mərhələ, ikinci tur

27 mart

F qrupu

22:45. İsveç – Azərbaycan

Hakimlər: Stefani Frappar, Mikael Beşebru, Metyü Qrosbost, Bastyen Deşepi (Fransa)
VAR hakimləri: Benoît Millot, Erik Vattelyer (Fransa)
Solna, "Frends Arena"
 
Səbuhi Həsənov