İdman 14:59 02.08.2021

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Avropa çempionatının final mərhələsinə hazırlığını davam edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışını başa vurub. 

Voleybol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız burada məşqlərlə bərabər 3 yoxlama oyunu da keçirib. Qızlarımız Yunanıstan millisinə qarşı keçirdiyi 3 yoxlama matçından birində qalib olub. 

Komandamız hazırlıq planına uyğun olaraq avqustun 31-də Yunanıstandan bir başa Macarıstana yola düşüb. Macarıstanda avqustun  5-7-də keçiriləcək  "SAVARİA” beynəlxalq turnirində  qüvvəsini sınayacaq. Dairəvi sistemlə baş tutacaq yarışda millimizin rəqibləri ev sahibləri, Hollandiya və Çexiya yığmaları olacaq. Voleybolçularımız avqustun 5-də Macarıstan, 6-da Niderland, turnirin son günü isə Çexiya millisi ilə üz-üzə gələcək. 

Səbuhi Həsənov