Xəbər lenti

Millimiz Slovakiya və Yunanıstanla oyunlara itki ilə çıxacaq
İdman 21:36 26.01.2021

Millimiz Slovakiya və Yunanıstanla oyunlara itki ilə çıxacaq

Avropa çempionatının seçmə mərhələsinə hazırlığını Bakı İdman Sarayında davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün taktiki çalışmalar yerinə yetirib.

Qaynarinfo federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, karyerasını ölkə xaricində davam etdirən Tyaqo, Eduardo Borges, Kardoso Everton və Rafael Vilela da dünəndən komandaya qoşulublar.

Yüngül zədəsi olan İsa Atayev artıq yığma ilə birgə məşq edir. Əvəzində Fineo De Araujo zədələnib və millinin həkimi onun qarşıdakı 2 oyunda komandaya kömək edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, seçmə mərhələdə yanvarın 29-da Slovakiyanı qəbul edəcək Azərbaycan millisi fevralın 2-də Yunanıstanın qonağı olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->