21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçına çıxıb.
"Qafqazinfo” xəbər verir ki, millimiz Bakıda Macarıstanlı həmyaşıdları ilə qarşılaşıb.
İlk hissədə 0:2 hesabı ilə geriyə düşən düşən Rəşad Sadıqovun yetirmələri sonrakı dəqiqələrdə əzmkarlıq nümayiş etdirib və meydandan 3:3 bərabərə ayrılmağa nail olublar.
Xatırladaq ki, U-21 millimiz bir neçə gün öncə Astanada Qazaxıstan millisi ilə 1:1 bərabərə qalmışdı.
Azərbaycan (U-21) - Macarıstan (U-21) - 3:3
Qollar: Ehtiram Şahverdiyev, 49-p., Renat Dadaşov, 66, Anton Krivotsyuk, 71 - Qabor Makray, 28, Atilla Haris, 38, Matias Tayti, 50
Şərhlər